Putinlə dəfələrlə danışmağımın səbəbi budur - Şolts

24 Fevral 2023 20:07

Hazırda Ukrayna ilə bağlı danışıqların vaxtı hələ çatmayıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə danışmağımın səbəbi də məhz budur. Bu söhbətlərin məqsədi Putini hər şeyin onun gördüyü kimi olmadığına inandırmaqdır. Sülh perspektivini aça biləcək an hələ çatmayıb", - kansler bildirib.

Milli.Az