Taksimdəki terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirildi

24 Fevral 2023 12:51

İstanbuldakı Taksim meydanında törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MKİ) bildirilib.

Qeyd olunub ki, o, PKK/YPG terror təşkilatının üzvü olub.

Xatırladaq ki,ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Milli.Az