Dilarə açıq-saçıq FOTOları ilə gündəm oldu

24 Fevral 2023 10:00

Müğənni Dilarə Kazımova bir neçə gün əvvəl təqdim etdiyi açıq-saçıq və iddialı yeni fotosessiyasında Xalq artisti Röya Ayxanın obrazını təkrarlayıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Dilarə də Röya kimi əyninə qara "body" və eyni rəngdə uzun dəri çəkmələr geyinib.

Kazımovanın, hətta oturuş tərzi və verdiyi cəsarətli pozlar Ayxanla birə-bir oxşarlıq təşkil edib.

Qeyd edək ki, Dilarə Kazımovanın imici üzərində onun prodüseri Cabir Əliyev, Röya Ayxanın isə obrazı üzərində dünyaca məşhur stilist Anar Ağakişiyev çalışıb.

Milli.Az