Consondan Çinə xəbərdarlıq: Tarixi səhv olacaq...

24 Fevral 2023 08:49

Əgər Çin Ukraynadakı vəziyyətdə Rusiyanı dəstəkləsə və Moskvanı silahla təmin etmək qərarına gəlsə, bu, Pekinin tarixi səhvi olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

"Mən Vanq Yinin dünən Moskvada nə etdiyini narahatlıqla izlədim", - Conson bildirib.

O qeyd edib ki, Moskva ilə Pekin arasında ehtimal edilən əməkdaşlıq Qərbin Kiyevə dəstəyi artırmalı olduğunu göstərir.

Böyük Britaniyanın keçmiş baş naziri hesab edir ki, 2023-cü il Ukrayna üçün qələbə ili olmalıdır.

Milli.Az