Paşinyan Quterreşlə Qarabağı müzakirə etdi

24 Fevral 2023 08:12

Ermənistan Baş naziri Nikol Paşinyan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni hökuməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Qarabağda, xüsusən Laçın dəhlizində son vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması və digər məsələləri müzakirə ediblər.

Milli.Az