Mahir Türkiyədə rəsmi debütə yaxındır

23 Fevral 2023 21:53

"Konyaspor"a transfer olunan millimizin üzvü Mahir Emreli yeni klubunda rəsmi debüt etməyə yaxındır.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Konya təmsilçisinin baş məşqçisi Aleksandr Stanoyeviçin "Ayfonspor"la yoxlama matçında olduğu kimi Türkiyə Superliqasının 14-cü turunun təxirə salınmış "Fənərbaxça"ya qarşı görüşdə də  Mahirə şans verəcək. Bildirilib ki, "Konyaspor"da Paviçiç və İkpeazu zədəli olduqları üçün İstanbul təmsilçisinə qarşı oynamayacaq. Bu səbəbdən baş məşqçi Bouçalakis və Mahirə meydana çıxaracaq.

Qeyd edək ki, fevralın 25-də keçiriləcək "Fənərbaxça" - "Konyaspor" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.

Milli.Az