Ermənistanda Türkiyə ilə sərhədi keçmək istəyən 4 əcnəbi saxlanılıb

23 Fevral 2023 21:14

Yanvarın 31-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə İdarəsinin hərbçiləri Axurik sərhəd zastavasının ərazisində Türkiyəyə keçmək istəyən 4 nəfəri saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisəni törədən şəxslər həbs edilib. Onlar Misir vətəndaşlarıdır.

Milli.Az