İranda idman nazirinin olduğu vertolyot qəzaya düşdü - Ölən var - FOTO

23 Fevral 2023 17:44

17:44

İranda helikopter qəzasında bir nəfər həlak olub.

APA xəbər verir ki, idman nazirinin müşaviri İsmayıl Əhmədi həyatını itirib.

-------

17:17

İranda içərisində idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İRNA məlumat yayıb.

Hadisə şahidlərinin dediyinə görə, vertolyot eniş edərkən idarəetməni itirib.

İdman naziri Seyid Həmid Səccadinin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Milli.Az