Ticarət mərkəzində yeniyetmələrin kütləvi davası - VİDEO

23 Fevral 2023 20:57

Moskvada ticarət mərkəzlərinin birində yeniyetmələr arasında kütləvi dava olub.

Milli.Az bildirir ki, davanın videosu Telegram-da yayımlanıb.

Görüntülərdə gənclərin bir-birini yumruq və təpiklə vurması əks olunub. Sonra onlardan biri həmyaşıdını yerə yıxır və döyüş yerdə davam edir. Bundan sonra döyüşçülər qruplara bölünüb.

Münaqişənin səbəbi açıqlanmır.

İrfan Vəliyev
Milli.Az