Şəlalədə çimərkən başlarına ağac düşdü - VİDEO

23 Fevral 2023 20:38

İndoneziyada təbiət gəzintisi zamanı şəlaləyə girən ailənin üzərinə sürüşmə nəticəsində ağac aşıb.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

İndoneziya Məlumat və Kommunikasiya Mərkəzindən verilən açıqlamada, faciəvi qəzada ailə üzvlərindən birinin öldüyü, 49 yaşlı Aqus Setiavanın isə yaralandığı bildirilib.

Qəzanın baş verdiyi şəlalə müvəqqəti olaraq bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır. (publika)

Milli.Az