İsrail HƏMAS-ın bazalarını darmadağın etdi

23 Fevral 2023 12:21

İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı bazasına raket zərbələri endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.

"Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a məxsus silah istehsalı müəssisəsi və hərbi kompleksə hücum edib", - məlumatda qeyd olunub.

Bildirilib ki, zərbələrin endirildiyi silah istehsalı obyekti Qəzzanın mərkəzində, hərbi kompleks isə şimalında yerləşir.

Milli.Az