İmişlidə oğul atasını bıçaqlayıb

23 Fevral 2023 09:28

İmişlidə oğul atasını bıçaqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacırüstəmli kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Cavid Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib və Cavid Bədirxanov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az