Rusiya Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib.
Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.
Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.
Milli.Az