"Meta"ya qarşı istintaqa başlanılıb

22 Fevral 2023 22:14

İtaliyanın Milan şəhər prokurorluğu "Meta" korporasiyasına qarşı istintaqa başlayıb.

Trend-in məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər verib.

Məlumata əsasən, koroorasiya 870 milyon avro məbləğində ƏDV-nin ödənilməməsi ilə bağlı şübhəli bilinir.

Bildirilib ki, səlahiyyətli orqanlar tərəfindən aparılan yoxlama nəticəsində "Facebook", "Instagram"ın və "WhatsApp" messencerin sahibi olan korporasiya 2015-2021-ci illər arasında əlavə dəyər parametrləri qeyd etməyib.

Milli.Az