Erməni hərbçinin ölümünə görə daha bir həbs

22 Fevral 2023 22:03

İki gün əvvəl Azərbaycanın Laçın rayonu ilə həmsərhəd bölgədəki döyüş postunda odlu silahdan açılan atəş nəticəsində ölən Ermənistan ordusunun əsgərinə görə daha bir hərbçi həbs edilib.

Milli.Az bildirir ki, musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. İstintaq Komitəsinin açıqlamasında saxlanılan hərbçinin vəzifəcə böyük köməkçi, hərbi çağırışçı olduğu bildirilir.

Qeyd edək ki, ötən gün hadisə ilə bağlı bir hərbçi barədə həbs-qətimkan tədbiri seçilib.

Milli.Az