Rusiyalılar Xarkova girməyə cəhd göstərdi

22 Fevral 2023 21:48

Rusiyanın təxribat-kəşfiyyat qrupu Rusiya ərazisindən Xarkov vilayətinin Kupyanski rayonuna daxil olmağa cəhd göstərib, lakin onlar Ukrayna hərbçiləri tərəfindən geri çəkilməyə məcbur edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Boloqovka rayonu ərazisində düşmənin təxribat-kəşfiyyat qrupu aşkar edilib. Müdafiə Qüvvələrinin bölmələrinin atəşə tutması nəticəsində düşmən Rusiya ərazisinə geri çəkilib", - məlumatda qeyd olunub.

Milli.Az