Oğul anasını qıza görə öldürməyibmiş - ŞOK DETALLAR - VİDEO

22 Fevral 2023 21:17

Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynova 1996-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən qətlə yetirilib.

Milli.Az xəbər verir ki, hadisə zamanı Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

Qeyd edək ki, Mehriban Hüseynova Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən musiqi məktəbində pianino müəllimi işləyirmiş.

Milli.Az