BƏƏ ilə imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

22 Fevral 2023 16:04

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən 2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilib.

Milli.Az