“Azərbaycan Böyük Britaniyanın mühüm tərəfdaşıdır”

22 Fevral 2023 12:37

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Milli.Az xəbər verir ki, o bu barədə tviterdə yazıb.

Nazir Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olduğunu bildirib:

"Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım".

Milli.Az