Milli mətbəximizin əvəzedilməzi olan şirin çörək resepti - VİDEO

23 Mart 2023 21:59

Milli.Az lent.az-a istinadən növbəti resepti təqdim edir.

Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin əvəzedilməzi olan şirin çörək reseptini sizinlə bölüşürük. Bu dadlı şirniyyatı mayasız və qabartma tozu olmadan asanlıqla hazırlaya bilərsiniz. 

Lazım olan ərzaqlar:

Stəkan ölçüsü 200 ml.

250 qr. (otaq hərarətində) yumşaq kərə yağı

1 paket şəkərli vanilin

1,5 stəkan şəkər kirşanı

1 ədəd (otaq hərarətində) yumurta ağı

3-3,5 stəkan un (unu az-az əlavə edin)

Üzəri üçün 

1 yumurta sarısı

Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.

Nuş olsun!

Milli.Az