Nazir polkovniki bu rayona rəis göndərdi

22 Fevral 2023 12:34

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Milli.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.

Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.

Qeyd edək ki, A.Heydərov daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi kimi çalışıb.

Milli.Az