Şeymanın bu hərəkəti izləyiciləri qəzəbləndirdi - FOTOlar

22 Fevral 2023 09:57

Sosial media fenomeni Şeyma Subaşının hərəkəti izləyiciləri hiddətləndirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, zəlzələ ilə bağlı qısa paylaşım etdikdən sonra nişanlısı ilə məşhur xizək mərkəzinə tətilə gedən Subaşı instaqramda tənqid edilib.

İstirahət görüntülərini paylaşan Şeymanın bu hərəkəti sosial media istifadəçilərini qəzəbləndirib. Onlar blogerin baş verən zəlzələyə laqeyd yanaşdığını bildirərək, Subaşını izləmədən çıxıblar.

Milli.Az