Eldar Namazov: «Türkiyə-Rusiya yaxınlaşması regionda çox dəyişikliklərə səbəb ola bilər»

14 May 2010 13:57
Milli.Az xəbər portalının məlumatına görə, politoloq bunu Day.Az saytına müsahibəsində bildirib. O, hesab edir ki, bu yaxınlaşma davam edərsə, regionda müsbət tərəfə çox dəyişikliklər baş verə bilər. Vaxilə istər Rusiya-Türkiyə, istərsə də Rusiya-Azərbaycan münasibətlərində gərginlik olduğunu xatırladan E.Namazov zamanın hər şeyi yerbəyer etdiyi qənaətindədir: "Biz əvvəlcə Rusiyanın Azərbaycanla münasibətlərinin normallaşdığının şahidi olduq. İndi isə Rusiya-Türkiyə münasibətləri tədricən strateji tərəfdaşlıq səviyyəsinə qalxır".

Politoloq bunun bir çox regional problemilərin həllinə kömək edə biləcəyinə əmindir. "Rusiyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlı tərəflərdən biri olması da təsadüf deyil. Amma onu da unutmaq olmaz ki, belə geosiyasi dəyişikliklər qısa zamanda baş vermir. Bu müsbət layihənin nəticəsini görmək üçün səbrli olmaq lazımdır", - deyə E.Namazov bildirib.

Milli.Az