28 yaşlı aktyor evində ölü tapıldı

22 Fevral 2023 09:16

Amerikalı aktyor Censen Panetteri vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 28 yaşlı aktyorun cəsədi Nyu-Yorkdakı mənzilində tapılıb. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Aktyorun yaxınları onun son vaxtlar depressiyadan əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, C.Panetteri "Gəzən ölülər", "Pələng uçuşu", "Mükəmməl oyun" kimi filmlərdə rol alıb.

Milli.Az