İtaliya Ukraynaya üç növ HHM sistemi verib

22 Fevral 2023 08:52

Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə İtaliyanın baş naziri Corc Meloni arasında görüş keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Zelenski ilə birgə keçirdiyi brifinqdə İtaliya hökumətinin başçısı üç növ hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb.

"Biz texnologiyamızı tez bir zamanda bir araya gətirmək üçün Fransa ilə birlikdə bunun üzərində çox işləyirik. SAMP-T zenit-raket sistemləri çox vacibdir, lakin yeni yardım paketində digər hava hücumundan müdafiə sistemləri, xüsusən də "Skyguard" və "Spike" yer alır" - Meloni bildirib.

Milli.Az