Türkiyədə çıxışını dayandıran komandaların sayı 10 oldu

22 Fevral 2023 07:50

Türkiyədə zəlzələ ilə əlaqədar ölkə çempionatlarında fəaliyyətini dayandıran komandaların sayı 10-a çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, son olaraq ölkənin futbol üzrə 3-cü liqasında mübarizə aparan "Elazığspor" komandası çempionatdan geri çəkildiyini bəyan edib.

Qeyd edək ki, daha öncə Super Liqada "Hatayspor" və "Qaziantep", 1-ci Liqada "Adanaspor" və "Yeni Malatyaspor", 2-ci Liqada "Adıyamanspor" və "Diyarbəkirspor", 3-cü Liqada isə "Malatya Arguvanspor", "Qəhrəmanmaraşspor" və "Osmaniyəspor" bu sezon çempionatdan çəkilib.

Milli.Az