Rusiyanın böyük hücumu 5 istiqamətdə davam edir

22 Fevral 2023 07:29

Rusiya ordusu Ukraynanın şərqində böyük hücuma başlayandan bəri heç bir irəliləyiş əldə etməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O qeyd edib ki, Rusiyanın böyük hücumu "sönməkdədir":

"Böyük hücum onların planlaşdırdıqları kimi, 8-10 gün davam edir. Onların heç bir uğuru yoxdur".

Danilov söyləyib ki, hazırda düşmən beş istiqamətdə irəliləyir. Lakin Ukrayna qoşunları ölkəni cəsarətlə müdafiə edirlər.

Milli.Az