Qara dənizdə yük gəmisi iki yerə bölündü - VİDEO

22 Fevral 2023 07:21

Komor adaları bayrağı altında Rusiyaya üzən "Seamark" quru yük gəmisi Qara dənizdə Tsemess buxtasında batıb. İlkin məlumata görə, gəmi fırtına səbəbindən qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə ilə bağlı yayılan görüntülərdə gəminin iki yerə bölündüyü görünür.

Gəmidə olan 11 heyət üzvü xilas edilib.

Milli.Az