UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Milli.Az matc.az-a istinadən bildirir ki, gecənin ən maraqlı görüşü İngiltərədə baş tutub.
Belə ki, "Enfild"də ötən mövsümün finalçıları "Liverpul" və Madrid "Real"ı üz-üzə gəliblər. Qarşılaşmanı rumıniyalı FİFA hakimi İştvan Kovaç idarə edib. Məhsuldar keçən qarşılaşma İspaniya nəhənginin əzmkar qələbəsiylə yekunlaşıb.
Digər qarşılaşmada İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən "Napoli" Frankfurtda "Ayntraxt"ın qonağı olub. Oyunun baş hakimi portuqaliyalı Artur Diaş olub. Bu matçda da qonaqlar inamlı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
1/8 final
21 fevral
"Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) 0:2
Qol: Osimhen, 40. Di Lorentso, 65.
Frankfurt. "Doyçe Bank Park". Baş hakim: Soares Dias (Portuqaliya).
"Liverpul" (İngiltərə) - "Real" (İspaniya) 2:5
Qol: D.Nunes, 4. Salah, 14 - Vinisius, 21; 36. Militao, 47. Benzema, 55; 67.
Liverpul. "Enfild" stadionu. Baş hakim: İştvan Kovaç (Rumıniya).
Xatırladaq ki, ötən həftə baş tutan 1/8 finalın ilk dörd qarşılaşmasında bu nəticələr qeydə alınıb:
"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 1:0
PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
"Borussiya" (Dortmund, Almaniya) - "Çelsi" (İngiltərə) - 1:0
"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) - 0:2
Milli.Az