Braziliyanın "İtuano" klubunun qapıçısı Cian Kayo vəfat edib.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, ölkənin istedadlı qapıçılarından hesab olunan Kayo "San-Paulo" klubunun yetirməsi olub.
Milli.Az