“Survivor” iştirakçılarının zəlzələni öyrəndiyi anlar - FOTO

21 Fevral 2023 21:50

Türkiyənin "Survivor-2023" layihəsinin dünən axşam yayımlanan bölümünün sonunda iştirakçıların Kahramanmaraşdakı zəlzələləri öyrəndiyi anlar verilib.

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, fəlakəti öyrənən yarışmaçılar göz yaşlarına boğulublar.

Zəlzələ haqda iştirakçıları məlumatlandıran Acun Ilıcalı, "Çətin bir dövr yaşayırıq", - deyib.

Qeyd edək ki, zəlzələyə görə "Survivor-2023" yarışmasına iki həftəlik ara verilmişdi.

Milli.Az