Zaxaryandan "Qalatasaray" açıqlaması

21 Fevral 2023 22:12

Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Arsen Zaxaryan Türkiyə mətbuatında "Qalatasaray"a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, erməniəsilli rusiyalı futbolçu championat.com-a açıqlamasında İstanbul təmsilçisinə keçməyəcəyini deyib: "Mən şəxsi səbəblərdən karyeramı "Qalatasaray"da davam etdirmək variantını nəzərdən keçirmirəm".

Reklamınızı SmartBee ilə effektiv edin.

Qeyd edək ki, 19 yaşlı oyunçunun artıq İstanbula gəldiyi, hətta "Qalatasaray"ın bazasından 5 km uzaqlıqda yerləşən oteldə qaldığı iddia olunurdu.

Milli.Az