Möcüzəvi körpənin yeni ailəsi oldu

21 Fevral 2023 19:31

Suriyada baş verən dəhşətli zəlzələdə dağıntılar altında doğulan möcüzəvi körpə - Ayanın şəkli bütün dünyada əks-səda doğurdu.

Milli.Az lent.az-a istinadən bildirir ki, möcüzəvi körpə sağ qalan yeganə qohumu olan dayısına verilib.

Afrində xəstəxanaya aparılaraq müalicə olunan Ayanın anası, atası və 4 bacısı dağıntılar altında vəfat edib.

Qeyd edək ki, xəstəxana körpənin qaçırılması cəhdlərinin olduğunu və xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

Milli.Az