Rusiya tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir

21 Fevral 2023 21:41

"Rusiya hakimiyyəti əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir".

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiyada səfərbərliyin növbəti dalğası üçün hazırlıqlar görülür: "Novosibirsk Dövlət Pedaqoji Universiteti, Tomsk Politexnik Universiteti, Tomsk Dövlət Pedaqoji Universitetində artıq hazırlıqlar başlayıb".

Məlumata görə, Rusiyada səfərbərlik aprelin 1-dən - hərbi xidmətə yaz çağırışının başlanmasından əvvəl həyata keçiriləcək və lazım gələrsə, çağırışın başlanması gecikdirilə bilər.

Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.

Milli.Az