ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

21 Fevral 2023 15:41

ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Səfirə ABŞ-ın Ukraynada davam edən hərbi əməliyyatlarda iştirak dərəcəsinin genişlənməsi ilə bağlı etiraz bildirilib.

"Vaşinqton hərbçilərinin və hərbi texnikasının çıxarılmasını nəzərdə tutan addımlar atmalı, həmçinin, anti-rus aktivliyinə son qoymalıdır", XİN-in açıqlamasında deyilir.

ABŞ-dan "Şimal axını" kəmərlərində baş verən partlayışlarla bağlı izahat da tələb olunub.

Milli.Az