Hatayda zəlzələdə məzarlar da dağıldı - FOTO

21 Fevral 2023 16:21

Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində üç dəqiqə fasilə ilə baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər çox sayda bina ilə yanaşı qəbiristanlığa da ziyan vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Antakyada Asri məzarlığında bəzi qəbirlər zəlzələnin şiddətindən dağılıb, bəziləri isə, hətta yola uçub.

Qəbiristanlıqda yaranmış acınacaqlı mənzərə sakinlərin narahatlığına səbəb olub.

Milli.Az