Polis Maştağada silahlı narkotik alverçisi yaxaladı - VİDEO - FOTO

21 Fevral 2023 17:20

Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan daha 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilovu saxlayıb. Onun üzərindən 20 qrama yaxın metamfetamin aşkar edilib. Həmçinin, saxlanılan şəxsin evindən 2 kiloqram marixuana, 1 ədəd "Kalaşnikov" markalı avtomat və 1 ədəd daraq aşkar edilib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az