Nazir yeni rəis təyin etdi

21 Fevral 2023 11:16

Polis mayoru Namiq Musa oğlu İsmayılov Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax xətt Polis Şöbəsinə rəis təyin olunub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bundan öncə Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az