Seçiləcəyim gecə Putinə zəng edəcəyəm - Tramp

21 Fevral 2023 13:43

Yenidən prezident seçiləcəyim gecə Ukraynadakı münaqişənin həlli ilə bağlı Putinlə Zelenskiyə zəng edəcəyəm.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Mən onlara zəng edib deyəcəm ki, görüşməyimiz lazımdır. Bu məsələni həll edəcəyimə təminat verirəm. 24 saat ərzində razılaşma əldə edəcəyik", - Tramp bildirib.

Milli.Az