Kralın tacqoyma mərasimində çıxış etməkdən imtina etdilər

21 Fevral 2023 20:31

Məşhur britaniyalı müğənnilər Adel və Ed Şiran Kral III Çarlzın mayın 6-da baş tutacaq tacqoyma mərasiminə qatılmaqdan imtina ediblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, kral onların imtinasından məyus olub.

Ehtimallara görə, iştirakdan imtinaya müğənnilərin iş qrafikinin sıxlığı səbəb olub.

Milli.Az