"Əlini çörəyə çatdırdıqlarım əleyhimə danışır"

21 Fevral 2023 20:51

""Təkər"də olub, özünü ən axırıncı yola qoysan, insanların sənə həmişə rəhmi gələcək. Təəssüf ki, mən özümü yazıq göstərə bilmirəm".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri aparıcı Azər Zahid "Qapqara" verilişində deyib. O, insanlara rahatlıqla güvənməsindən şikayətlənib:

"Kim ki yanımda işləyir, əli çörəyə çatır, səhər əleyhimə danışır. Yetişdirdiyim insanlar var ki, ofisiantlıqdan, hovuzun kənarından gətirmişəm".

Milli.Az