Zavodda güclü yanğın: Ölən və yaralananlar var

21 Fevral 2023 08:27

ABŞ-ın Ohayo ştatının Bedford şəhərində yerləşən polad zavodunda partlayış baş verib.

Milli.Az bu barədə Report-a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisədən sonra 13 nəfər xəstəxanaya aparılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə "Schumann & Co"nun polad zavodunda qeydə alınıb. Şirkət mis ərintiləri istehsal edir.

Hazırda yanğın nəzarət altına alınıb.

Milli.Az