“Ərzaq baha olduğu üçün yeməklərimin porsiyası azalıb”

21 Fevral 2023 07:46

"Həyat yoldaşım hər gün alış-verişə gedir. Buna görə şadam ki, mağazada bu dəhşətli qiymətləri görmürəm. Buna baxmayaraq, onlar mənim hesabıma alınır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Polşanın keçmiş Prezidenti Lex Valensa deyib. 

Siyasətçinin sözlərinə görə, ərzaq baha olmaqla yanaşı, uzun illərdir onun pensiyası da artmır:

"Ərzaq çox bahadır. Ona görə də yeməklərimin porsiyası azalıb. Üstəlik pensiyam da illərdir artmır".

Milli.Az