Bakıda kafedə yanğın

20 Fevral 2023 23:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən kafenin dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən Milli.Az-a bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Milli.Az