Vilayət Eyvazovdan yeni TƏYİNAT

20 Fevral 2023 22:03

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şəhriyar İsayev Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Gəncə xətt Polis Şöbəsinin kriminalisti vəzifəsindən azad olunaraq həmin şöbənin rəis müavini təyin olunub.

Milli.Az