Şoyqu Muradovla bağlı Putinin qərarını icra etdi

20 Fevral 2023 21:57

Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra yüksək rütbəli hərbçiləri xidmətlərindən dolayı təltif edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, təltif olunanlar arasında Qərb Hərbi Dairəsinin komandanı Yevgeni Nikiforov və Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Rüstəm Muradov da yer alıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Nikiforov və Muradova general-polkovnik rütbəsinin verilməsi haqqında fərmanı fevralın 17-də yayılıb.

Milli.Az