Avropa çempionatının bürünc medalçısı qəzada öldü

20 Fevral 2023 19:12

Çimərlik voleybolu üzrə Rusiya millisinin üzvü İvan Osipov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, 20 yaşlı oyunçu hadisədən sonra xəstəxanaya çatdırılıb. Altı gün komada qalan voleybolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İvan Osipov 2019-cu ildə Anatoli Vasilenko ilə birlikdə gənclər arasında Avropa çempionatının bürünc medallarını qazanıb.

Milli.Az