Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Anıtqəbiri ziyarət edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Blinkenin "Twitter" hesabında paylaşım edilib.
"NATO müttəfiqi olan Türkiyə ilə ikitərəfli əlaqələrin əhəmiyyətini bir daha vurğulamaq üçün Anıtqəbiri ziyarət etdim".
Blinken qeyd edib ki, Türkiyənin ehtiyacı olduğu zamanda ABŞ onun dağıdıcı zəlzələlərdən bərpasında yardıma sadiqdir.
Milli.Az