Rusiyada blindajda yanğın olub, 6 hərbçi ölüb

20 Fevral 2023 16:09

Rusiyanın Kursk vilayətində blindajda baş verən yanğın nəticəsində 6 hərbçi ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə vilayətin Sucan rayonunun Ulanok kəndində qeydə alınıb.

Blindajda olan 7 hərbçidən 6-sı ölüb.

Hadisənin səbəbi barədə hələ məlumat yayılmayıb.

Milli.Az