Ermənistanda qar uçqununda “UAZ” dərəyə aşıb, iki hərbçi ölüb

20 Fevral 2023 10:26

Fevralın 19-du, saat 19:40 radələrində Ermənistanın Sünik vilayətinin Xnatsax kəndi yaxınlığında qar uçqunu baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə Ermənistan Müdafiə Nazirliyinin "UAZ" markalı avtomobili dərəyə yuvarlanıb, iki hərbçi ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər iki hərbçi qarnizon hospitalına yerləşdirilib.

Milli.Az